MÜSAHİBƏ


Saməddin Əsədov: Məqsədimiz Bakıda keçiriləcək Astronavtika Konqresi ilə bağlı daha çox təşviqat və təbliğat işləri aparmaqdır

Azərbaycan Respublikası Kosmik Agentliyi (Azərkosmos) 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur. 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresi Bakı şəhərində keçiriləcək. Bu tədbir başa çatan kimi gələn il Bakının ev sahibliyi edəcəyi növbəti Konqresə hazırlıq işləri başlayacaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 73-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən Azərkosmosun sədri Saməddin Əsədov deyib.