MÜSAHİBƏ


Alən Vaqner: Fransanın “Airbus” şirkəti ilə Azərbaycan arasında çox uğurlu əməkdaşlıq var

“Airbus” şirkəti Azərbaycanla əməkdaşlıqdan çox məmnundur. Artıq uzun illərdir ki, yer səthinin məsafədən müşahidə peyki sahəsində əməkdaşlığımız uğurla davam edir. Yüksək ayırdetmə qabiliyyətinə malik “Azərsky” peyki üzərində birlikdə fəaliyyətimizi xüsusi qeyd etmək istəyirəm. Əvvəlcə “SPOT 7” adlandırılmış peyk “Airbus Defence and Space”in SPOT seriyasının bir hissəsidir.