ELM VƏ TƏHSİL


Gənc müəllim: Altı ay sistemli oxumaq MİQ imtahanlarında istədiyiniz nəticəni əldə etməyə kifayət edir

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayanlardan biri Natiqə İbrahimovadır. Bakı şəhəri Sabunçu rayonu 311 nömrəli tam orta məktəbdə biologiya fənnini tədris edən N.İbrahimova sevincini AZƏRTAC-la bölüşüb. Gənc müəllim gələcək MİQ namizədlərə də öz məsləhətini verib.