İDMAN


Qazi müəllim: Azərbaycan müəllimləri bundan sonra da Poladlar yetişdirəcək

Ülvi Qurbanovun uşaq yaşlarından karate və güləş idman növlərinə olan həvəsi onun peşəkar idman ustası olaraq yetişməsinə vəsilə olub. O, 2007-ci ildə keçirilən karate idman növü üzrə Dünya çempionatında bürünc, 2008-ci ildə Avropa çempionatında gümüş medala layiq görülüb, 2012-ci ildə isə güləş üzrə Avropa çempionu olub. İlk müəllimlik fəaliyyətinə Bakı şəhəri 184 nömrəli tam orta məktəbdə başlayan Ü.Qurbanov 2020-ci ildən paytaxtdakı 166 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır. Gənc müəllim Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında böyük şücaət göstərib.