MÜSAHİBƏ


Edillidə aşkarlanan kütləvi məzarlıqda tapılan sümüklərdə xəsarət izləri var

Xocavəndin Edilli kəndində aparılan qazıntı işləri zamanı 12 meyit qalığı aşkarlanıb. İlk baxışdan həmin qalıqların Azərbaycan hərbi qulluqçularına aid olduğu görünür. Kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri onlara işgəncə və əzab verildiyini düşünmək üçün əsas verir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov jurnalistlərə açıqlamasında deyib.