İDMAN


“Neft Daşları”nda “Neftçi” Peşəkar Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

“Neftçilər Günü” və “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) 85 illiyi münasibətilə 2022-ci il oktyabrın 9-da “Neftçi” PFK ilə neftçilər arasında “Neft Daşları”nda mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib.SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iştirak etmək üçün SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və rəsmi şəxslərdən ibarət nümayəndə heyəti “Neft Daşları”na səfər edib.