MÜSAHİBƏ


İbrahim Özər: Türk Qızıl Aypara Cəmiyyətinin briqadaları Bartındakı hadisənin ilk anlarından vətəndaşlarımızın yanında olub

Türk Qızıl Aypara Cəmiyyətinin briqadaları Bartındakı hadisənin ilk anlarından vətəndaşlarımızın yanında olub. Qəza mədənində axtarış-xilasetmə prosesində iştirak edən heyətlərin, mədənçilərin ailələrinin, ümumiyyətlə hadisə yerində olan hər kəsin zəruri ehtiyaclarını ödəmək missiyasını nizamlı qaydada yerinə yetirmişik.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Qızıl Aypara Cəmiyyətinin fövqəladə hallar üzrə xidmət rəhbəri İbrahim Özər hadisə yerində Azərbaycan mediasına açıqlamasında ifadə edib.