ELM VƏ TƏHSİL


Milli Aviasiya Akademiyasında 8 Noyabr-Zəfər Günü qeyd edilib

Noyabrın 5-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA-da) 8 Noyabr-Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə akademiyanın Vətən müharibəsində şəhid olmuş məzunlarının ailələri, müharibə iştirakçıları, akademiyanın rəhbər heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.