DÜNYA


Türkiyədə zəlzələdən 11 gün sonra 17 yaşlı qız dağıntılar altından sağ çıxarıldı

Türkiyədə baş verən zəlzələnin dağıdıcı təsirinə məruz qalan Kahramanmaraşda 17 yaşlı Aleyna Ölmez adlı qız dağıntılar altından 248 saat sonra sağ çıxarılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, möcüzəli qurtarış Dulkadiroğlu rayonunun Kayabaşı məhəlləsində qeydə alınıb. Xilas edilən qız xəstəxanaya yerləşdirilib.