DÜNYA


Çinin şimal bölgələrini toz dumanı bürüyüb

Paytaxt Pekin də daxil olmaqla Çinin şimal hissəsini toz və qum dumanı bürüyüb.
AZƏRTAC xəbər verir ki, aprelin 10-dan səhər saatlarından başlayaraq, Sincan Uyğur, Daxili Monqolustan və Ninsia Huy Muxtar rayonları, Qansu və Çinhay vilayətləri, habelə paytaxt Pekinin səmasında qatı toz dumanı müşahidə olunub. Milli Meteorologiya Mərkəzi toz dumanının səhralardan külək vasitəsilə gəldiyini, bu cür hava şəraitinin qarşıdakı günlərdə Çinin şimal, şərq və mərkəzi vilayətlərində, o cümlədən Şanxay şəhərində də müşahidə ediləcəyini açıqlayıb. Bəzi bölgələrdə hətta toz tufanının olacağı da proqnozlaşdırılır.