DÜNYA


Türkiyənin “İMECE” peyki kosmosa göndərilib

Aprelin 15-də Türkiyə vaxtilə saat 09:47 radələrində Amerikanın Vandenberq kosmodromundan Yerin məsafədən zondlanması üçün “İMECE” peyki kosmosa göndərilib. Bu peyk Türkiyənin Kosmik Texnologiyalar Tədqiqat İnstitutunun (TÜBİTAK UZAY) mütəxəssisləri tərəfindən yaradılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, SpaceX şirkəti peykin buraxılmasını əlverişsiz hava şəraiti səbəbindən bir neçə dəfə təxirə salıb.
TÜBİTAK UZAY mərkəzində peykin buraxılması prosesini Türkiyənin milli müdafiə naziri Hülusi Akar, Mərkəzin sədri Həsən Mandar və başqaları müşahidə ediblər.