DÜNYA


Qazaxıstanda yaşayış binasının dağıntıları altından 4 cəsəd çıxarılıb

Qazaxıstanın Janaozen şəhərində partlayışdan sonra yaşayış binasının dağıntıları altından dörd nəfərin cəsədi çıxarılıb.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, xilasedicilər dağıntılar altında qalmış daha dörd nəfəri sağ çıxara biliblər. Xilas olunanlar və tibbi yardıma müraciət edənlər də daxil olmaqla, ümumilikdə 6 nəfər xəstəxanaya yerləşdirilib.
Dağıntıların təmizlənməsi üçün hadisə yerinə 40 texnika və 350-yə yaxın canlı qüvvə cəlb olunub. Onların arasında Milli Qvardiyanın əsgərləri və polis əməkdaşları ilə yanaşı, könüllülər də var.