DÜNYA


Kiyevin şimaldan müdafiə qalası Çerniqov REPORTAJ

Bu dəfə yolumuz Ukraynanın qaynar nöqtələrindən biri hesab edilən Rusiya ilə sərhəd bölgəsinədir. Çerniqov vilayətinin Rusiya ilə sərhəd bölgəsinə yaxınlaşdıqca daha çox dağılmış evlər, yanmış avtomobillər, minalanmış ərazilər, artilleriya səslərinin şahidi oluruq. Çerniqov paytaxt Kiyevin şimal hissəsindən müdafiə qalası hesab edilir. Məhz ona görə də müharibənin ilk günlərindəcə, rus qoşunları vilayətin böyük hissəsinə sahib çıxdılar, məqsəd isə bəlli idi: Kiyevə doğru irəliləmək!!! Lakin Çerniqov şəhəri uğrunda ağır döyüşlər getdi və şəhər müdafiə olunmağı bacardı.