DÜNYA


Bryanskda helikopter qəzaya uğradı

Rusiya Federasiyasının Bryansk vilayətində “Mi-8” helikopteri qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, Klintsı şəhəri üzərindən uçarkən helikopterin mühərrikinin alovlandığı bildirilir.
Qəza nəticəsində iki nəfər həlak olub. Hazırda hadisə yerində təhqiqat aparılır, qəzanın səbəbləri müəyyənləşdirilir.