DÜNYA


Türkiyədə prezident və parlament seçkiləri başa çatıb

Türkiyə ərazisindəki məntəqələrdə 60 milyon 697 min 843 seçicinin səs vermək hüququ olub. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları öz seçimini aprelin 27-dən mayın 9-dək edib. Son məlumata görə, ölkə xaricində qeydə alınan 3,4 milyon seçicinin 1 milyon 817 min nəfəri (53 faiz) səs verib.