RƏSMİ


Azərbaycan-Litva sənədləri imzalanıb

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Litva Respublikasının ətraf mühit naziri Simonas Gentvilas imzaladılar.