DÜNYA


Xerson şəhərində son vəziyyət

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə dövründə ən qaynar nöqtələrdən biri Xerson şəhəri və regionu olub. 2022-ci ilin fevralın 25-dən bu region Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib. Noyabrın 11-də isə Xerson şəhəri və vilayətin bir hissəsi işğaldan azad olunub. Lakin hələ də bu bölgə ən qaynar nöqtə hesab edilir, çünki hələ də Xerson vilayətinin
böyük bir hissəsi Rusiya hərbçilərinin nəzarətindədir.