DÜNYA


Türkiyənin siyasi taleyi həll olunur

Türkiyə tarixində ilk dəfə olaraq prezident seçkilərinin ikinci turu keçirilir. Dövlətin ən ali postu uğrunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu arasında mübarizədə qalib səs çoxluğu ilə müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, Yüksək Seçim Qurumunun (MSK) məlumatına görə, Ankara vaxtı ilə saat 08:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək səsvermə məntəqələrində ümumilikdə 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyondan çox seçici səsvermədə iştirak edə bilər.