SİYASƏT


Baş prokuror Naxçıvanda hərbi qulluqçularla görüşüb

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Naxçıvan Muxtar Respublikasında səfər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun Sədərək rayonunda yerləşən hərbi hissəsində olub, hərbi qulluqçularla görüşüb. Hərbi qulluqçularla söhbət zamanı Baş Prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirib və bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb. Baş Prokuror K.Əliyev şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb, müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.