İDMAN


Azərbaycan atıcısı Bakıdakı Dünya çempionatında qızıl medal qazanıb

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 25 metr məsafəyə tapançadan mərkəzə atəş açma növündə kişi və qadınların yarışı keçirilib.
Yekun nəticələrə əsasən, Azərbaycan komandası növbəti dəfə uğur qazanıb. Belə ki, ölkəmizi dünya çempionatında təmsil edən Nigar Nəsirova qızıl medal əldə edib. Gümüş medala yığmamızın digər üzvü Nərminə Səmədova yiyələnib. Üçüncü yerə Monqolustandan olan atlet Xişiqderger Enxbat sahib olub.