MƏDƏNİYYƏT


Kinorejissor Vaqif Mustafayevin yaradıcılıq gecəsi keçirilib

 Bu gün Nizami Kino Mərkəzində Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilib. Tədbirə tanınmış kino və incəsənət nümayəndələri, ictimai siyasi xadimlər qatılıblar. Yaradıcılıq gecəsi rəsmi hissəylə başlanıb və  sənətkarın yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Sonra gələn qonaqlar təbriklərini və ürək sözlərini ifadə ediblər.