İDMAN


Avropa Liqası: “Qarabağ” klubu bu gün cavab oyununa çıxacaq

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Bakıda Sloveniyanın “Olimpiya” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edəcək.
Lyublyanadakı ilk görüşdə 2 cavabsız qolla qalib gələn “Köhlən atlar”ı qrupa düşmək üçün heç-heçə, hətta minimal hesablı məğlubiyyət də qane edəcək.