ELM VƏ TƏHSİL


Nazir: Ölkə üzrə 21180 ibtidai sinif müəllimi bu il sertifikasiyadan uğurla keçib

İkinci İldir ki, sertifikatlaşdırılma həyata keçirilir. Ötən il uğur qazanmamış müəllimlər bu il də sertifikasiyadan keçiblər.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib. Nazir bildirib ki, ölkə üzrə 21180 ibtidai sinif müəllimi bu il sertifikasiyadan uğurla keçib.