ELM VƏ TƏHSİL


Xaçmazın Qusarçay kəndində məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

Sentyabrın 12-də Xaçmaz rayonunun Qusarçay kəndində məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin köhnə binasında əsaslı təmir işləri aparılmaqla yanaşı, təhsil ocağı üçün 3 mərtəbəli yeni korpusun və idman zalının tikintisi həyata keçirilib.