ELM VƏ TƏHSİL


Heydər Əliyev Fondu Cəlilabad rayonunun Sərhədabad kəndi üçün yeni məktəb binası inşa edib

Cəlilabad rayonunun Sərhədabad kəndində yeni məktəb binası şagirdlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondu təhsil sahəsindəki layihələri əsasında Cəlilabad rayonunun Sərhədabad kəndi üçün yeni məktəb binası inşa edib.
1976-cı ildə inşa olunmuş məktəb binası köhnə və qəzalı vəziyyətdə olduğu üçün Fond Sərhədabad kəndində yeni məktəb binasının inşasını həyata keçirib.