ELM VƏ TƏHSİL


Heydər Əliyev Fondu tərəfindən Qubada inşa edilmiş iki məktəb binası istifadəyə verilib

Sentyabrın 19-da Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri əsasında Qubada inşa olunan iki yeni məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Pirvahid kənd tam orta məktəbin yeni binası 320, Bağbanlı qəsəbə tam orta məktəbin yeni binası isə 360 şagird yerlikdir.