ELM VƏ TƏHSİL


AMEA-da “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir keçirilib

Milli Elmlər Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın memarı olduğu "Türkiyə Yüz İli" vizyonuna həsr olunan "Heydər Əliyev 100: Türkiyə Yüz İli" adlı tədbir keçirilib. Türkiyə - Azərbaycan Yüzüncü İl Platformasının təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli bildirib ki, bu gün Türkiyə və Azərbaycan bütün dünyada dostluğun və qardaşlığın nümunəsi kimi tanınır. Platformanın sədri Elmin Sadıqov Azərbaycan Türkiyə münasibətlərindən, dostluq qardaşlıq əlaqələrindən danışıb.