İDMAN


“Qızıl top” mükafatının qalibi Lionel Messi olub

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
36 yaşlı forvarda mükafatı onun çıxış etdiyi klubun sahibi olan britaniyalı əfsanəvi futbolçu Devid Bekhem təqdim edib.