ELM VƏ TƏHSİL


Parisdə azərbaycanlı tələbələrin birinci şəbəkələşmə tədbiri təşkil edilib

Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Azərbaycan-Fransa Məzunlar Birliyinin təşkilatçılığı ilə “Parisdə 1-ci şəbəkələşmə” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edərək, Azərbaycanın beynəlxalq və regional münasibətlərdəki rolundan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider ölkəsi olan Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb və bu gün qlobal dialoqda fəal iştirak edir.