SİYASƏT


Naxçıvanda hərbi yürüş keçirilib

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Naxçıvan şəhərində hərbi yürüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilən yürüş Naxçıvan şəhərindəki Heydər Əliyev prospektindən başlayıb və müəyyən edilən marşrut üzrə Zəfər parkınadək davam edib.