RƏSMİ


Şuşada Qala divarına və ətraf əraziyə baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində Qala divarına və ətraf əraziyə baxış keçiriblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri ilk dövrlərdə Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılırdı.