RƏSMİ


“Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanışlıq

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma tarixi abidə barədə məlumat verildi.