ELM VƏ TƏHSİL


Ukraynanın orta məktəbində Azərbaycan dili fənni tədris olunmağa başlayıb AZƏRTAC-ın xüsusi REPORTAJI

Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər əlaqələr daim inkişaf etməkdədir. Bu əlaqələrin bariz nümunələrindən biri də İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan xarici dillər üzrə ixtisaslaşmış “Linqvist” liseyidir. Bu məktəbi Azərbaycan və Ukrayna arasında “Dostluq körpüsü” də adlandırırlar. Azərbaycanı İrpenə bağlayan çox səbəblər var - akademik Zərifə Əliyevanın adını daşıyan küçə, park və məktəb. Bu səbəblərə daha biri əlavə olundu, Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyində Azərbaycan dili fənni tədris olunmağa başlayıb.