ELM VƏ TƏHSİL


Vyanada Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşri təqdim olunub

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşrinin təqdimatı keçirilib.
Almaniyanın tanınmış Erqon-Nomos nəşriyyatının “Bibliotheca Academica” - Şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında çap edilən kitabı alman dilinə Qiesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərcümə edib.