İDMAN


“Molde” – “Qarabağ” oyunu “Lacınema”da birbaşa yayımlanıb

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən “Molde” – “Qarabağ” oyunu Laçın şəhərində yeni istifadəyə verilmiş “Lacınema”da birbaşa yayımlanıb.
“Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev bildirib ki, “Lacınema” işğaldan azad olunmuş torpaqlarda ilk fəzliyyətə başlayan kinoteatrdır. Kinoteatr 230 yerdən ibarət olmaqla, ən son texnologiyalarla təchiz olunub.