MƏDƏNİYYƏT


Bakıda “Soyuq əllər, isti ürək” yarmarkası

Yeni ilə sayılı günlər qaldığı bir vaxtda Nərgiz fondu ənənəyə sadiq qalaraq paytaxtın fəvvarələr meydanında "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasına start verib. Yarmarkanın əsas özəlliyi satışlardan əldə olunan gəlirin müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə ianə olunmasıdır. Yarmarkada 64 böyük və 20 balaca ev, 4 D Kinoteatr və uşaqlar üçün müxtəlif əyləncə zonaları var. Hər il olduğu kimi bu il də yarmarka insanların böyük marağına səbəb olur.