MƏDƏNİYYƏT


Özbəkistanda dahi şair Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə “Nizami Gəncəvi yaradıcılığında Türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə və Özbəkistan alimlərinin iştirakı ilə təşkil olunan konfransı giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi yaradıcılığının Azərbaycan və Türk dünyası mədəniyyəti, ədəbiyyatının qüruru olduğunu vurğulayaraq, dövlətimizin dahi mütəfəkkirin irsinin öyrənilməsi, onun əsərlərinin tədqiqi, nəşri və təbliğini diqqət mərkəzində saxladığını bildirib.