MƏDƏNİYYƏT


Zaqatalanın aqroturizm təsərrüfatlarına mediatur təşkil olunub

Qarşıdan bayram tətili günləri gəlir. Əksər insanlar bu günlərdə bölgələrə üz tutur. Lakin hara getmək və necə istirahət etmək barədə bəzən qərar verə bilmirlər. Elə isə Azərbaycanın dilbər guşələrindən olan Zaqatalada fəaliyyət göstərən aqroturizm məkanlarına baş çəkmək gözəl fürsət ola bilər.
AZƏRTAC xəbər verir ki, Zaqatalada fəaliyyət göstərən “Hope Lake” və “EKO Zaqatala” aqroturizm təsərrüfatlarına “Paşa Holdinq”in dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində mediatur təşkil edilib.