CƏMİYYƏT


Qarabağın ilk balıqçılıq mərkəzindən REPORTAJ

Otuz ildən sonra yenidən dirçələn Laçında artıq bir sıra istehsal sahələri yaradılıb. Yeni müəssisələr Laçına qayıdan keçmiş məcburi köçkünlərin işlə təmin olunmasında da mühüm rol oynayır. Belə sahələrdən biri də Həkəri Balıqçılıq Təsərrüfatıdır. Burada 30-dan çox işçi çalışır və onların da əksəriyyəti laçınlıdır.
Ümumi sahəsi 6 hektardan çox olan təsərrüfatda 36 hovuz var. Təsərrüfatda balıqların saxlanılması və yetişdirilməsi bütün imkanlar mövcuddur. Hazırda burada 3 növ balıq - əlvan forel, Kür nərəsi və cökə balıqları saxlanılır. Gələn ildən məhsulların Azərbaycan bazarına çıxarılması nəzərdə tutulur. İlk növbədə, aprel-may aylarında forel balıqları, payızda isə nərə balıqları satışa çıxarılacaq.