MƏDƏNİYYƏT


Londonda yaşayan azərbaycanlı pianist: İngilislər Laçını görmədən Laçına aşiq oldular

Royal College of Music (Kral Musiqi Kolleci) təkcə Britaniyanın deyil həm də dünyanın ən prestijli musiqi təhsili verən universitetlərindən biridir.
Hazırda bu universitetdə tək bir azərbaycanlı təhsil alır. Vüsalə Babayeva AZƏRTAC -a bildirib ki, Azərbaycan musiqisini Britaniyada təmsil etdiyi üçün qürur duyur. O qeyd edir ki, 6 yaşından musiqiyə başlayıb və bunda anası bəstəkar Sevda Məmmədlinin təsiri əsas olub. Vüsalə Babayeva, anasının əsəri olan “Laçın Balladası”nı tez - tez konsertlərdə ifa etdiyini deyir və bildirir ki, ingilislər Azərbaycan musiqisini böyük maraqla qarşılayır.