SİYASƏT


Şəkidə seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində yanvarın 10-da Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair məsələlər ətraflı müzakirə olunub.
Şəki şəhərindəki “ASAN xidmət” mərkəzində keçirilən seminar-müşavirədə MSK-nın üzvləri, region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.