CƏMİYYƏT


Banklar əmanət faizlərini artırır

Banklar tərəfindən əmanətlər üçün depozit faizlərinin artırılması nəzərdə tutulur.  Bu addımın kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacağı bildirilir. Bəs görəsən bankların bu addımının kredit faizlərinə təsiri necə olacaq? Bank eksperti Anar Ramazanovun sözlərinə görə banklarda kredit faizlərinin təyinatına Mərkəzi Bank tərəfindən heç bir müdaxilə olunmur və bu faizlər hər bir bankın özünün maliyyə resurslarına uyğun tənzimlənir. Banklar isə əmanət depozitlərinin faizini artırdıqda maliyyə itkisi yaşayır.