CƏMİYYƏT


Ərzaq malları ucuzlaşa bilər

Azərbaycanda idxal mallarının yerli istehsal mallarıyla əvəz edilməsi nəzərdə tutulur. Belə ki, Nazirlər Kabineti artıq “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nı təsdiq edib. Qərara əsasən, siyahıya süfrə zeytunu, eləcə də suxarı və peçenyelər; konservləşdirilmiş təzə pirojnalar və şirniyyatlar, makaron, əriştə, kuskus və oxşar un məmulatları və kakao, şokolad və şəkərli şirniyyat məmulatları daxildir. Həmçinin bu məhsulların istehsalçılarına 7 il müddətinə bir sıra vergi güzəştləri də tətbiq olunacaq. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə bu Dövlətin istehsal sahəsindəki bu addımı bir sıra yerli istehsalçılar arasında rəqabətliliyi artıracaq və bunun da ümumilikdə bazar üçün faydaları çox olacaq.