CƏMİYYƏT


Bank hesablarına sərəncamların tətbiq mexanizmi təkmilləşdirilib

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də bank hesablarına sərəncamların tətbiq mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, vergi ödəyicisi öhdəliyini qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı onun bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına, yaxud eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesabına borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam göndərir.