CƏMİYYƏT


Azərbaycanda çörəyin qiyməti ucuzlaşa bilər

Azərbaycanın xaricdən aldığı buğdanın qiyməti 20 faiz ucuzlaşıb. Belə ki, 1 ton buğdanın qiyməti 338 dollardan 259 dollara düşüb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəyə 1 milyon 95 min tona yaxın buğda idxal edilib. Ekspertlər hesab edir ki, bu idxal miqdarında ciddi azalma deməkdir. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, buğdanın idxal qiymətinin enməsi dünya bazarında taxılın qiymətinin ucuzlaşması ilə bağlıdır. Bunun isə iqtisadi baxımdan bir sıra faydaları olacaq.