CƏMİYYƏT


“Aztelekom” Şamaxını yüksəksürətli internetlə təmin edir

“Aztelekom” MMC Şamaxı rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 81 faizinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
AZƏRTAC xəbər verir ki, rayonun Yeni Muğanlı, Muğanlı, Meysəri, Qurdtəpə, Ərçiman, Böyük Xınıslı, Əngəxaran, Qaleybuğurd, Laləzar, Məlikçobanlı, Çaylı, Göylər, Dağ Bağırlı, Yenikənd, Avaxıl, Günəşli, Qaravəlli, Dəmirçi, Səfalı, Şirvan, Nüydü, Adnalı, Sabirli, Quşçu, Kərkənc, Mirikənd və Məlcək kəndlərində, Şəhriyar, Sabir və Yusif Məmmədəliyev qəsəbələrində və Şamaxı şəhərində fiber-optik şəbəkə qurulub. Abunəçilər müvafiq xidmətlərdən yararlanırlar və yeni qoşulmalar davam etdirilir.