CƏMİYYƏT


Polşada ali təhsil alan gənc sahibkar

Gənc sahibkar Polşada ali təhsil alıb. Sonra doğulduğu Masallı rayonuna qayıdıb ki, burada yaşasın, iş qursun. Lakin bir sıra çətinliklərlə qarşılaşıb. Buna baxmayaraq, o, təslim olmayıb, arzuları uğrunda mübarizə apararaq, Masallı qadınlarını işlə təmin edəcək sosial sahibkarlıq layihəsi yarada bilib. Beləliklə, Kifayət Talıbzadə 2019-cu ildə kənd yerlərində işsiz qadınları işlə təmin etmək üçün "AzərCorab" sosial sahibkarlıq layihəsini təsis edib və dörd qadınla corab toxumaq işinə başlayıb.