CƏMİYYƏT


SOCAR dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə olunaraq, maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, xüsusən investisiya yatırma imkanları, o cümlədən saxta istiqrazların alınması, işə düzəltmə və s. ilə bağlı müxtəlif təkliflər edilir.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bu cür dələduzluq halları müxtəlif internet kanalları, sosial media platformaları, mobil tətbiqlər, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.