İDMAN


Cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub

Bakıda cüdo üzrə "Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə turnirdə iştirak edən 62 ölkənin bayrağı tamaşaçılara təqdim olunub.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva yarışın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs edib. O, idmana göstərilən qayğının günü-gündən artması nəticəsində Azərbaycanın gələcək illərdə də beynəlxalq turnirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.