SİYASƏT


Bakıda keçiriləcək COP29 çərçivəsində mümkün əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada ölkəmizi təmsil edəcək xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev fevralın 19-da Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.